“Hempel” şirkəti Rusiyadakı biznesindən imtina edir

Danimarkanın boya və lak örtükləri istehsalı ilə məşğul olan “Hempel” şirkəti Rusiya bazarından çıxdığını elan edib.

AzerTimes-ın məlumaıtna görə, bu barədə şirkətin rəhbəri Lars
Peterssonun açıqlamasında deyilir.

“Mart ayında ticarət mühitinin pisləşməsi ilə əlaqədar
Rusiyadakı fəaliyyətimizi dayandırdıq. İndi biz Rusiya
Federasiyasındakı biznesimizdən imtina etmək qərarına gəldik.
Gələcəkdə Rusiyadakı həmkarlarımızın işlə təmin olunması üçün
əlimizdən gələni edəcəyik. Biz regiondakı əməkdaşlarımızın
dəstəyinə və təhlükəsizliyinə diqqət yetirməyə davam edirik və bu
nəticədən təəssüflənsək də, başqa seçimimiz olmadığını hiss
edirik”, – deyə L.Petersson bildirib.

Şirkətin ərhbəri qeyd edib ki, “Hempel” 1996-cı ildən Rusiyada
fəaliyyət göstərir və bu ölkədə 124 əməkdaşı var.