Türkiyədə illik inflyasiya 60 faizi üstələyib

2022-ci ilin martında Türkiyədə illik inflyasiya 61,1 faiz
təşkil edib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Statistika Komitəsinin
hesabatında deyilir.

Qeyd olunur ki, inflyasiya fevral ayı ilə müqayisədə 5,4 faiz,
ötən ilin dekabrından bəri isə 22,8 faiz artıb.

İl ərzində ən çox nəqliyyat xidmətləri (99 faiz), ərzaq (70,3
faiz) və mebel (69 faiz) bahalaşıb.

Fevral ayında illikk inflyasiya 54,4 faiz təşkil etmişdi.

Teqlər: