Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib – SOCAR

Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat
Birliyi dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik
tədbirlərini gücləndirib.

Trend “Azneft”ə istinadən xəbər verir ki, bununla bağlı
təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları
çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər
görülüb.

Bildirilir ki, təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin
təxliyəsi həyata keçirilib.

Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır,
mövcud vəziyyət daim nəzarət altındadır.

Teqlər: