Ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 4-ü saat 12:00-a
olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz
keçib.

Trend xəbər verir ki,Hidrometeoroloji Proqnozlar Bürosunun
direktoru Gülşad Məmmədova bildirib ki, qərb küləyinin sürəti
Naftalanda 32 m/s, Gəncədə 24 m/s, Ağdam, Tərtərdə 22 m/s, Bərdədə
20 m/s, Qobustan, Şəmkirdə 18 m/s, Kəlvəzdə 17 m/s, Xaçmazda 15
m/s, Bakıda və Abşeron yarımadasında arabir 38 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü
2,6 metrə çatıb.

“Havanın temperaturu aprelin 3-də iqlim normasından 13.7 dərəcə
yuxarı olub, maksimal temperatur Naxçıvan MR-da 24-30 dərəcə isti,
dağlıq rayonlarda 25 dərəcəyədək isti, aran rayonlarında 31-36
dərəcə isti olub.

Bakıda və Abşeron yarımadasında 24-27, Bakıda isə 30.1 dərəcə
isti qeydə alınıb, lakin bu rekord göstərici deyil, çünki 2012-ci
ildə Bakıda havanın maksimal temperaturu 31.5 dərəcəyədək
yüksəlib”.

G.Məmmədovanın sözlərinə görə, aprelin 4-də ölkə ərazisində
güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürətinin
bəzi yerlərdə arabir 33-38 m/s-dək çatacağı, 5-i səhər saatlarından
zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi
gözlənilir.

Teqlər: