Türkiyədə ilin sonuna qədər 40 faizdən çox inflyasiya proqnozlaşdırılır – Mərkəzi Bank

Türkiyə Mərkəzi Bankı 2022-ci ilin sonunda ölkədə inflyasiya
proqnozunu 23,2 faizdən 42,8 faizədək yüksəldib.

Trend-in
məlumatına görə, bunu Mərkəzi Bankın rəhbəri Şahap Kavcıoğlu
bildirib.

Onun sözlərinə görə, hazırda davam edən qlobal əmtəə
inflyasiyası ilə əlaqədar Türkiyədə illik inflyasiya gözləntiləri
20 faizə yaxın artıb.

Eyni zamanda, Türkiyə Mərkəzi Bankının rəhbəri bildirib ki,
2023-cü ildə inflyasiyanın 12,9 faizə, 2024-cü ildə isə 8,3 faiz
səviyyəsinə azalması proqnozlaşdırılır.

Teqlər: