“Qala” Qoruğu sakinləri üçün qəbul günü keçirilib (FOTO)

27 aprel 2022-ci il tarixində “İçərişəhər” DTMQ İdarəsinin İdarə
Heyətinin sədri Şahin Seyidzadə “Qala” Dövlət Tarix-Etnoqrafiya
Qoruğunun sakinləri üçün qəbul günü keçirdi.

İdarədən AzerTimes-a verilən məlumata görə, görüşdə sakinlərin
onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı
cavablandırılaraq, istəkləri dinlənilib , onları maraqlandıran
məsələlər ətrafında müzakirələr aparılıb. Bundan başqa ehtimal
olunan problemlərin aradan qaldırılması məqsədi ilə İdarənin
müvafiq struktur və qurumlarına tapşırıqlar verilib.

Görüşün sonunda qeyd olundu ki, sakinlərlə görüşlər İçərişəhər
və Qala qoruqlarında mütəmadi olaraq keçiriləcək.

Teqlər: