Türkiyədə daha bir terror aktının qarşısı alınıb

Türkiyənin Bursa vilayətində terror aktının qarşısı alınıb.

AzerTimes-ın TurkicWorld-a istinadən məlumatına görə, Suriya
vətəndaşı olan üç İŞİD terrorçusu şəhərin mərkəzindəki müxtəlif
yerlərdə terror aktı törətməyi planlaşdırıb. İlkin məlumata görə
terrorçu zərərsizləşdirildikdən sonra polis şəhərin bir çox
ünvanlarında axtarış tədbirləri həyata keçirib.

Qeyd edək ki, dünən Türkiyənin Şanlıurfa vilayətində də terror
aktının qarşısı alınmışdı.