Masallıda istirahət mərkəzində yanğın olub, 1 nəfər xəsarət alıb

Masallı rayonunun Şıxlar kəndində istirahət mərkəzinin
ərazisində ümumi sahəsi 35 kv.m olan taxta konstruksiyalardan
ibarət kotec və yaxınlıqda 2 ədəd ağac yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğın
zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ərazidəki digər tikililər yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: