Avstriya şirkətləri ilə Qarabağda bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı,
sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq
Komissiyanın 10-cu iclası çərçivəsində ölkəmizdə səfərdə olan
Avstriya şirkətləri ilə görüş keçirilib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Avstriya
Respublikasının Rəqəmsal və İqtisadi İşlər üzrə Federal
Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri,
Azərbaycan-Avstriya Qarışıq Komissiyasının qarşı tərəfdən həmsədri
Franz Vessiqin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda
“yaşıl enerji”dən istifadənin genişləndirilməsi üzrə qarşıya
qoyulan strateji hədəflər barədə məlumat verilib. Ölkəmizin bərpa
olunan enerji potensialı, o cümlədən dənizdə külək enerjisi
resursları, sahə üzrə institusional mühit və müəyyən edilmiş
hədəflərin reallaşdırılması istiqamətində atılmış addımlar, gələcək
planlar və s. kimi məsələləri özündə ehtiva edən təqdimat nümayiş
etdirilib. Ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş
ərazilərimizdə bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün
potensialın olduğu bildirilib.

Görüşdə iştirak edən şirkətlər tərəfindən öz profilləri və
fəaliyyət istiqamətləri haqqında geniş məlumat verilərək, işğaldan
azad olunmuş ərazilərdə günəş enerjisi və hidroenerji sahələrində
potensial əməkdaşlıq imkanlarının ətraflı öyrənilməsinə maraq ifadə
edilib.

Teqlər: