Türkiyədə avtobus aşdı: 3 nəfər öldü, 16-ı yaralandı

Türkiyədə avtobus aşdı: 3 nəfər öldü, 16-ı yaralandı

Türkiyənin Anadolu magistralının Bolu ərazisindən keçən hissəsində sərnişin avtobusu qəzaya uğrayıb.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul istiqamətində hərəkət edən avtobus Koroğlu İstirahət Zonası yaxınlığında aşıb.

İlkin məlumata görə, nəticədə avtobusda olan sərnişinlərdən 3-ü həyatını itirib, 16-ı xəsarət alıb.

Hadisə yerində təcili tibbi yardım, polis briqadaları gəlib.

Teqlər: