Həsən bəy Zərdabinin oğlunun məzarı tapıldı

Həsən bəy Zərdabinin oğlunun məzarı tapıldı

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapdım.

AzerTimes xəbər verir ki, bunu “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Feysbuk səhifəsində yazıb.

“Səfvət bəy Məlik Zərdabi Həsən bəyin 3-cü övladıdır, Qəribsoltan xanımdan öncə doğulub. 1917-ci ilə qədər Riqa Politexnik universitetində oxuyub. Sonra təhsilini Almaniyada alıb, yüksək ixtisaslı mühəndis olub. Mühədis olmasına baxmayaraq, atasının yaradıcılığını davam etdirib. Səfvət Zərdabi 1952-ci ildə Ankarada Azərbaycan Milliyyətcilər dərnəyinin qurucularından olub. Azərbaycan mühacirət mətbuatının ən yaxşı nümunələrindən olan “Mücahid ” dərgisinin naşiri, baş yazarı, “Türk izi” dərgisinin əsas yazarlarından idi. Azərbaycan həsrətilə yaşayıb. Məzarı bilinmirdi. Bir necə il öncə Səfvət bəylə bağlı geniş araşdırmamı “Həsən bəy Zərdabinin varisi” kitabında umumiləşdirə bildim. Ölüm tarixini dəqiqləşdirə bilsəm də harada dəfn olunduğu bilinmirdi. Bəzi mülahizələrə görə , Səfvət bəyin ömrünün sonlarlna yaxın Almaniyaya köcdüyü ehtimal olunurdu. Məzar yerini indi tapdım. Qəbri Ankaranın Karşıkaya məzarlığındadır. Həyat yoldaşı Nəzihə xanımın məzarı ilə qoşadır. Təəssüf ki, Səfvət bəyin baş daşı qırılmış, sinə daşını əvəzləyən daşlar parcalammış vəziyyətdədir. Qəbir aşağıya doğru cökür. Üzərində “Azərbaycan əşrəflərindən olan Həsən bəy və Hənifə xanımın oğlu Səfvət Məlik Zərdabi. Ruhuna fatihə. 1898 – 1976” yazılıb. Məzarın illərlə baxımsız qaldığı aydın görünür”, – Akif Aşırlı bildirib.

Teqlər: