Taliban Kərzaini həbs etdi

Taliban Kərzaini həbs etdi

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzainin qardaşı Mahmud Kərzai Kabilin Beynəlxalq Hava Limanında taliblər tərəfindən həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Mahmud Kərzai Dubaya uçmaq istəyərkən həbs olunub.

Qeyd edək ki, Mahmud Kərzai bundan əvvəl əvvəlki hökumətdə şəhərsalma naziri postunu tutub.

Taliban onun həbsi ilə bağlı xəbəri hələlik şərh etməyib.

Teqlər: