Türkiyədə 4,8 bal gücündə zəlzələ olub

Türkiyədə 4,8 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Ərzincan şəhərindən 83 kilometr cənub-şərqdə, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.