“Miss ABŞ” Nyu-Yorkda intihar edib

“Miss ABŞ” gözəllik yarışmasının 2019-cu ildə qalibi olmuş Çesli Krist Nyu-Yorkda intihar edib.

AzerTimes-ın məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən “New York Post” qəzeti xəbər verib.

Məlumata əsasən, Ç.Kristin cəsədi bazar günü səhər onun yaşadığı evin küçəsində tapılıb. Polis hadisənin səbəblərini araşdırır.

Gözəllik yarışmasının qalibi intihar etmədən öncə məktub yazıb. O, məktubda bütün əmlakının anasına verilməsini istəyib.