KXDR ballistik raketi sınaqdan keçirdiyini təsdiqləyib

Koreya Xalq Demokratik Respublikası (KXDR) ötən gün orta mənzilli “Hwasong-12” ballistik raketinin sınaqdan keçirilməsini təsdiqləyib.

AzerTimes-ın məlumatına görə, bu barədə “NK News” internet-portalı xəbər verib.

Məlumata əsasən, raketin sınaqdan keçirilməsi bütün silah sisteminin fəaliyyətinin ümumi dəqiqliyini yoxlamaq məqsədi daşıyıb.


Qeyd edilir ki, KXDR-nin lideri Kim Çen In raketin sınaqdan keçirilməsində iştirak edib.