Türkiyə və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin milli müdafi naziri Hulusi Akar və onun ukraynalı
həmkarı Aleksey Reznikov arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə
Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, telefon danışığı zamanı əsas diqqət Ukrayna
limanlarında qalmış Türkiyə gəmilərinin, eləcə də Kiyevdən Ankaraya
qayıtmaq üçün hava məkanının açılmasını gözləyən Türkiyə Hərbi Hava
Qüvvələrinə məxsus A400M təyyarələrinin təhlükəsizliyinin təmin
edilməsinə yönəlib.

Türkiyənin milli müdafiə naziri Ukraynada tezliklə atəşkəsin
təmin edilməsinin vacibliyini vurğulayıb.

“Türkiyə sülhün bərpası və Ukraynaya humanitar yardımın
çatdırılması üçün səylərini davam etdirəcək”, – deyə H.Akar əlavə
edib.