“Eurovision 2022”də finala yüksələn 10 ölkə müəyyən olub

İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da
keçirilən 66-cı “Eurovision” mahnı müsabiqəsinin birinci
yarımfinalı başa çatıb.

Trend xəbər verir ki, Turin şəhərinin ev sahibliyi ilə keçirilən
“Eurovision 2022”nin ilk yarımfinalında 17 ölkənin – İslandiya,
Avstriya, Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya,
Yunanıstan, Litva, Latviya, Ukrayna, Norveç, Sloveniya,
Bolqarıstan, Niderland, Portuqaliya və Ermənistanın təmsilçiləri
performanslarını nümayiş etdiriblər.

Çıxışlardan sonra səsvermə keçirilib və ən çox səs toplayan 10
ölkə final mərhələsinə yüksəlib. Həmin ölkələr Norveç, Yunanıstan,
Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya
və Ermənistandır.

“Eurovision 2022”nin ikinci yarımfinalı mayın 12-də keçiriləcək
və Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr,
İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa,
Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya, Çexiya
təmsilçiləri səhnəyə çıxacaqlar. Azərbaycan təmsilçisi Nadir
Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edəcək.

Teqlər: