Argentinada 6,7 bal gücündə zəlzələ olub

Argentinada 6,7 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat
yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri
San-Antonio-de-los-Kobres şəhərindən 90 kilometr şimal-qərbdə,
ocağı isə 235 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat
verilməyib.