Türkiyə və Qazaxıstan arasında əməkdaşlığa dair bir sıra razılaşma imzalanıb

Ankarada Türkiyə və Qazaxıstan prezidentləri Rəcəb Tayyib
Ərdoğan və Kasım-Jomart Tokayev arasında təkbətək və geniş tərkibdə
keçirilən danışıqların yekunu olaraq tərəflər arasında əməkdaşlığa
dair 15 saziş imzalanıb.

Trend xəbər verir ki, sənədlər nəqliyyat, müdafiə sənayesi,
hərbi kəşfiyyat, informasiya texnologiyaları, mədəniyyət, kənd
təsərrüfatı, daşıma, ticarət, gömrük nəzarəti, ətraf mühit, təhsil,
gənclər siyasəti, rabitə və arxiv sahələrində əməkdaşlığı nəzərdə
tutur.

Danışıqlardan sonra tərəflər həmçinin genişləndirilmiş strateji
tərəfdaşlığa dair Birgə Bəyanat imzalayıblar.