NATO-nun baş katibi koronavirusa yoluxub

NATO-nun baş katibi Yens Stoltenberq koronavirusa yoluxub.

Trend xəbər verir ki, bu barədə NATO-nun nümayəndəsi Oana
Lungesku özünün “Twitter” səhifəsində yazıb.

“NATO-nun baş katibi Yens Stoltenberqin COVID-19 testinin
nəticəsi müsbət çıxıb”, – deyə O.Lungesku bildirib.

Onun sözlərinə görə, Y.Stoltenberq xəstəliyi yüngül formada
keçirir və məsafədən işini davam etdirəcək.

NATO-nun nümayəndəsi əlavə edib ki, Y.Stoltenberq koronavirusa
qarşı tam peyvənd olunub.