Azərbaycan Ukrayna şəhərinə 20 ton humanitar yardım edib

Ukraynanın Dnep şəhərinə Azərbaycandan 20 ton humanitar yardım
çatdırılıb. Humanitar yardımda uzun müddət saxlanıla bilə məhsullar
və dərmanlar yer alıb.

Trend Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu şəhərin
meri Boris Filatov deyib.

B.Filatov həmçinin Azərbaycanın səfiri Elmira Axundovaya və
Azərbaycan xalqına minnətdarlığını bildirib, Dnepr şəhərinin böyük
azərbaycanlı icmasının yaşadığı bir şəhər kimi bu dəstəyi həmişə
xatırlayacağını qeyd edib.

“Biz bu yardıma görə Azərbaycanın səfirliyinə və xalqına ürəkdən
səmimi minnətdarlığımızı bildiririk”, – deyə “Ölkənin Müdafiə
Fondu” adlı xeyriyyə fondunun sədri Natalya Kostyuçenko
bildirib.

Teqlər: