Türkiyə üzən minalar təhlükəsi ilə bağlı hazırlıq səviyyəsini yüksəldib

Türkiyə Qara dənizdə üzən minalar təhlükəsi ilə əlaqədar
istehkam bölmələri və digər xidmətlərin hazırlıq səviyyəsini
yüksəldib.

Trend-in
məlumatına görə, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar
deyib.

“Bizim minaaxtaran gəmilərimiz, helikopter, pilotsuz uçuş
aparatları və sualtı istehkamçılarımız yüksək hazırlıq rejiminə
gətirilib. Biz vəziyyəti diqqətlə izləyirik. Həyəcan siqnalı daxil
olduqda qüvvələrimiz dərhal müdaxilə edir”, – deyə nazir
bildirib.

H.Akar əlavə edib ki, bu günədək Qara dənizdə aşkar olunmuş
minalar Bosfor dənizində gəmilərin hərəkətinə çətinlik
yaratmayıb.

Qeyd edək ki, son həftələrdə həm Türkiyə, həm də Rumıniya və
Bolqarıstan sahillərində üzən dəniz minaları aşkar edilərək
zərərsizləşdirilib.