Şəkidə insan alveri qurbanları ilə bağlı təlim keçirilib (FOTO)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycan Respublikasının
Qeyri-hökümət təşkilatlarına dövləy dəstəyi Agetliyinin maliyyə
dəstəyilə “İnsan alverinə qarşı mübarizəyə dəstək” adlı layihə
çərçivəsində Şəki şəhərində marifləndirmə tədbirlərinə start
verib.

Komitədən AzerTimes-a verilən məlumata görə, tədbirdə komitə sədri
Tural Hüseynov, təlimçi Bəxtiyar Həsənov, ekspertlər Qartal
Hüseynov və Rövşən Məmmədov iştirak ediblər.
Rayon İcara hakimyyətinin, polis şöbəsinin əməkdaşları və Quba
şəhər ictimayyəti fəallarnin qatıldığı tədbirdə çıxış edən Komitə
sədri layihənin məqsədi barədə məlumat verib.

T.Hüseynov bildirib ki, ölkədə insan alverinə qarşı mübarizə
tədbirləri aidiyyəti qurumlar tərəfindən davam etdirilir.
Azərbaycanda bununla bağlı qanunvericilik bazası da lazımi
səviyyədədir. Bu istiqamətdə görülən tədbirlər müsbət nəticəsini
verir. Bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları
insan alveri qurbanlarının reabilitasiyası, onlar üçün müəyyən
sığınacaqların yaradılması, həmin şəxslərin maarifləndirilməsinə
iştirak edir, bu sahədə lazımi işlər görürlər.

Daha sonra təlimçi Bəxtiyar Həsənov son illər ölkədə insan
alverinə qarşı mübarizə ilə bağlı geniş təlim keçib.

Teqlər: