Azərbaycanda ötən ay gündəlik xam neft hasilatı 579,4 min barrel olub

2022-ci ilin martında Azərbaycanda gündəlik neft (kondensatla
birlikdə) hasilatı 696,4 min barrel olub.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bunun
579,4 min barrelini xam neft, 117,0 min barrelini isə kondensat
təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 25-ci iclasında
qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft
hasilatının 2022-ci ilin mart ayında daha 7 min barrel artırılaraq
675 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 43 min
barrel həcmində olması nəzərdə tutulurdu.

Teqlər: