Türkiyə SQ İraqın şimalında 4 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi xüsusi
əməliyyat nəticəsində 4 PKK terrorçusu zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə “Anadolu”ya təhlükəsizlik
strukturlarında mənbələr bildirib.

Məlumata əsasən, xüsusi əməliyyat İraqın Qara rayonunda
keçirilib. Əməliyyatda Milli Kəşfiyyat Xidməti də iştirak edib.