ABŞ-da universitetin kampusunda atışma olub

ABŞ-ın Yeni Orlean şəhərində (Luiziana ştatı) yerləşən
universitetlərdən birinin kampusunda silahlı insident baş
verib.

Trend xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə
orqanlarının “Twitter” səhifəsində məlumat verilib.

Məlumata əsasən, silahlı insident nəticəsindı azı 3 nəfər
xəsarət alıb.

“Xavier Universitetinin kampusunda baş verən atışma insidenti
araşdırılır <…>. İlkin məlumata görə, güllə yaraları ilə üç
zərərçəkən təcili tibbi yardım maşını ilə yerli xəstəxanaya
aparılıb”, – deyə açıqlamada deyilir.

Qeyd edilir ki, atəş açan şəxs polis əməkdaşları tərəfindən
hadisə yerində saxlanılıb.