Norveçdə “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma halı təsdiqlənib

Norveçdə “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma halı
təsdiqlənib.

Trend xəbər verir ki, bu barədə Norveçin İctimai Səhiyyə
İnstitutundan bildiriblər.

“Bu gün Norveçin İctimai Səhiyyə İnstitutu Viken bölgəsində “meymun çiçəyi” xəstəliyinə yoluxma halının təsdiqlənməsi barədə
məlumatlandırılıb”, – deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, xəstələnən şəxs yaxın zamanda xarici ölkədən
qayıdıb. Səhiyyə xidməti xəstənin təmasda olduqlarını müəyyən edib,
xəstəliyin yayılma riski olduqca aşağıdır.