Türkiyə Qara dəniz sahillərindən gəmilərinin çıxarılması üçün Ukrayna və Rusiya ilə danışıqlar aparır

Türkiyə Qara dənizin Ukrayna sahillərində qalmış gəmilərin
çıxarılması üçün həm Ukrayna, həm də Rusiya ilə danışıqlar
aparır.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur
naziri Adil Karaismailoğlu deyib.

O bildirib ki, hazırda Qara dəniz sahillərində Türkiyənin 22
gəmisi qalmaqdadır.

“Biz həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparırıq. Biz
Qara dənizin Ukrayna sahillərindən günəbaxan yağı və poladla
yüklənmiş gəmiləri çıxarmalıyıq”, – deyə nazir bildirib.