Qadın və uşaq məhkumların sayı açıqlanıb (FOTO)

Cəzaçəkmə müəssisələrində cəza çəkən qadın və yetkinlik yaşına
çatmayan məhkumların sayı məlum olub

AzerTimes-ın məlumatına görə, bu
barədə qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa
edilən penitensiar müəssisəsinə Ədliyyə Nazirliyi tərəfindən təşkil
olunan mediatur zamanı məlumat verilib.

Bildirilib ki, 4 saylı cəzaçəkmə müəssisəsində 426 qadın,
yetkinlik yaşına çatmayanların Tərbiyə Müəssisəsində isə 21 məhkum
cəza çəkir.

Teqlər: