Almaniya qaz ehtiyatlarının kifayət qədər olduğunu bildirib

May ayının ortalarına olan məlumata görə, Almaniyada qaz
anbarları 40,8 faiz doludur.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə Almaniya Federal Şəbəkə
Agentliyinin (BNetzA) hesabatında deyilir.

Göstərilən rəqəm kifayət qədər yüksək rəqəm sayılır, çünki 2015,
2017, 2018 və 2021-ci illərdə analoji göstərici xeyli aşağı
olmuşdur.

Hazırda Almaniyaya yanacaq tədarükü stabildir, onların
təhlükəsizliyinə zəmanət verilir və ümumilikdə alışın həcmi
dəyişməyib. Sənəddə qeyd edildiyi kimi, tənzimləyici Ukrayna
ərazisindən qaz tranzitinin azalmasının mümkün nəticələrini və
“Qazprom”a qarşı mövcud sanksiyaları diqqətlə izləyir.

Teqlər: