Türkiyə ordusu bu günə qədər 34 mindən çox terrorçunu məhv edib – Hulusi Akar

Türkiyə ordusu ölkə hüdudlarından kənarda keçirilən
əməliyatlarda bu günə qədər 34 mindən çox terrorçunu məhv edib.

AzerTimes-ın TurkicWorld-a
istinadən məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə Naziri
Hulusi Akar deyib.

H.Akar İraqın şimalında PKK terror təşkilatına qarşı keçirilən
“Pəncə Kilid” əməliyyatının uğurla başa çatması ilə birlikdə sərhəd
xəttini bağlayacaqlarını və terrorçuların sərhədlərə girməsinin
mümkün olmayacağını bildirib.

“Əməliyyatımız planlaşdırıldığı kimi böyük uğurla davam edir.
‘Pəncə Kilid’ əməliyyatında indiyədək 56 terrorçu
zərərsizləşdirilib”, – deyə H.Akar qeyd edib.

Onn sözlərinə görə, bu ilin əvvəlindən zərərsizləşdirilən
terrorçuların sayı isə 1000-ə yaxınlaşıb.

Qeyd edək ki, bu il aprel ayının 18-i Türkiyə Silahlı Qüvvələri
İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində
terrorçu hədəflərə qarşı qurudan və havadan ‘Pəncə Kilid’
əməliyyatı başladıb.