Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri Ankarada görüşəcək

Bu gün Ankarada Prezident Kompleksində Türkiyə, İsveç və
Finlandiya nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.

Trend xəbər
verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı
məlumatda bildirilir.

Tərəflər Stokholm və Helsinkinin NATO-ya üzv olmaq üçün
müraciətlərini müzakirə edəcəklər.

Danışıqlar yerli vaxtla saat 13:00-da başlayacaq. Türkiyə
nümayəndə heyətinə prezidentin mətbuat katibi İbrahim Kalın və
xarici işlər nazirinin müavini Sedat Önal başçılıq edir.

İsveç nümayəndə heyətinə Baş Nazirin Aparatının dövlət katibi
Oskar Stenström, Finlandiya nümayəndə heyətinə isə ədliyyə
nazirinin müavini Jukka Salovaar rəhbərlik edir.