BMT Təhlükəsizlik Şurası Talibanı qadınların hüquq və azadlıqlarına hörmət etməyə çağırıb

BMT Təhlükəsizlik Şurası Taliban hərəkatı tərəfindən
Əfqanıstanda qadın və qızların hüquqlarına son məhdudiyyətlər
qoyulmasından narahatlığını bildirib və ölkənin yeni hakimiyyət
orqanlarını öz siyasətinə yenidən baxmağa çağırıb.

Trend xəbər
verir ki, bu barədə qurumun çərşənbə axşamı yaydığı məlumatda
deyilir.

Qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası Taliban tərəfindən
Əfqanıstanda insan hüquqlarının, qadın və qızların fundamental
azadlıqlarının artan pozulması, o cümlədən təhsil, iş, hərəkət
azadlığı, qadınların ictimai həyatda iştirakına məhdudiyyətlər
qoyulmasından dərin narahatlığını ifadə edir.

“Təhlükəsizlik Şurası Talibanın bütün qadınların ictimai
yerlərdə, o cümlədən televiziyada üzlərini örtməli və yalnız zəruri
hallarda evi tərk etməli olduqları barədə bəyanatından dərin
narahatdır”, – məlumatda deyilir.