ABŞ-da məktəbdə açılan atəş nəticəsində azı 14 şagird və bir müəllim həlak olub

ABŞ-ın Texas ştatının Uvalde şəhərindəki Robb ibtidai məktəbində
atəş nəticəsində 14 şagird və bir müəllim həlak olub.

Trend “ABC
News” telekanalına istinadla xəbər verir ki, bunu qubernator Qreq
Abbot bildirib.

O, qeyd edib ki, hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı
məktəb şagirdi də öldürülüb.

Qubernator bildirib ki, şübhəli şəxs məktəbə daxil olmadan əvvəl
nənəsini də güllələyib. Onun vəziyyəti ilə bağlı əlavə heç bri
məlumat yoxdur.

Bundan əlavə, azı 15 nəfər məktəblinin yaralandığı da
bildirilir.

Teqlər: