İlahiyyat İnstitutunda tələbələr üçün təlimlər keçirilib (FOTO)

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin (DQDİK) tabeliyində Azərbaycan İlahiyyat İnstitutunda
(Aİİ) “Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyi
tərəfindən icra edilən “Gənclər arasında zərərli dini baxışların
sosial-psixoloji reabilitasiya, dini dözümlülük və
multikulturalizmin təbliği” layihəsi çərçivəsində təlimlər
keçirilib.

Təlimdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi
işçisi, dos. Aydın Əlizadə və AMEA Fəlsəfə və Sosiologiya
İnstitutunun aparıcı elmi işçisi, dos. Radif Mustafayev “Dini
mətnləri necə anlamalıyıq”, “Epistemioloji problem. Din sosial və
fövqəltəbii fenomen kimi (elmi, fəlsəfi və dini yanaşmalara baxış)”
mövzuları ətrafında çıxış ediblər. Təlimdə gənclər üçün dini şüurun
sosial-psixoloji reabilitasiyası işini həyata keçirmək, onların
dini dözümlülük və multikulturalizm sahələrində bilik və
bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğu diqqətə
çatdırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə
həyata keçirilir.

Teqlər: