Türkiyə 9 illik fasilədən sonra Misirə səfir təyin edə bilər

Türkiyə doqquz illik aradan sonra Misirə yeni səfir təyin edə
bilər.

Trend-in
məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

“Misirlə münasibətləri düzəltmək lazımdır. Ölkələr arasında
münasibətlərin normallaşması Şərqi Aralıq dənizi regionu üçün çox
vacibdir. İlkin olaraq, söhbət qarşılıqlı səfir təyin olunmasından
gedə bilər”, – M.Çavuşoğlu deyib.

Xatırladaq ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü
ildə hərbi çevriliş zamanı o zamankı prezident Məhəmməd Mursinin
devrilməsi və Əbdülfəttah əs-Sisinin hakimiyyətə gəlməsindən sonra
gərginləşmişdi.