Azərbaycandakı xristian icmaları azad olunmuş ərazilərə səfər edib (FOTO)

Hadrut. Trend:

Azərbaycanda fəaliyyət göstərən xristian icmaları işğaldan azad
olunmuş ərazilərə səfər edib.

AzerTimes-ın yerli bürosunun
məlumatına görə, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
təşkilatçılığı və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun
dəstəyi ilə reallaşıb.

Səfərin keçirilməsində məqsəd ölkəmizin mənəvi sərvəti və dəyəri
olan dini müxtəliflik, dini konfessiyalararası qarşılıqlı anlaşma,
hörmət və dözümlülük, eləcə də bu amilin Vətən Müharibəsində
Zəfərin əldə edilməsindəki rolu, Azərbaycanda müxtəlif dinlərə
məxsus bayramların maneəsiz qeyd olunması, bununla bağlı ənənələr,
müsbət tendensiyalar, o cümlədən fərqli dinlərin nümayəndələrinin
bayramlarda birgə iştirak etmələri ənənələrinin təbliğ və təşviq
edilməsidir.

Teqlər: