Azərbaycanda ÜDM-in həcmi 30 milyard manatı ötüb

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda 30 milyard 037,0
milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8
faiz çox ümumi daxili məhsul istehsal olunub.

AzerTimes-ın məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda
əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,3 faiz
artıb.

ÜDM istehsalının 54,1 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat
vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7
faizi tikinti, 2,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin
yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,7 faizi digər
sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in
8,0 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2990,9 manata bərabər olub.

Teqlər: