Türk millətinin qəlbindəki Azərbaycan sevgisini heç kim çıxara bilməz – Rəcəb Tayyib Ərdoğan

Türk millətinin qəlbindəki Azərbaycan sevgisini heç kim çıxara,
heç kim iki qardaşı ayıra, könüllər arasına sərhəd qoya bilməz.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan mayın 28-də “Teknofest” festivalında çıxışı zamanı
deyib.

“Türkiyə və Azərbaycan əlaqələri Şuşa Bəyannaməsi ilə strateji
müttəfiqlik səviyyəsinə çatıb. Azərbaycan və Türkiyə
münasibətlərini dünyaya örnək olan bir səviyyəyə çıxardıq.
Səfərimin Azərbaycanın qədim şəhəri olan “Şuşa ili”ndə baş
tutmasının ayrıca önəmi var”, – deyə R.T.Ərdoğan bildirib.

Teqlər: