Prezident İlham Əliyev: Müstəqillik Günündə Prezident Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olması bizim üçün ikiqat bayramdır

Bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür, bizim
ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən əziz qardaşım
Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olmasıdır.

AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST-
Azərbaycan” Festivalında çıxışı zamanı bildirib.

“104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq
cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq
Cümhuriyyətinin ömrü uzun olmadı, 2 ildən sonra süqut etdi və
Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin
əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. 30 ildir
Azərbaycan xalqı azad, müstəqillik şəraitində yaşayır, öz həyatını
özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində
türk qardaşlarımız bizim daim yanımızda olub. Biz 30 il ərzində bu
qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik.
Bu gün Türkiyə və Azərbaycan yenə də bir yerdədir”, – deyə
dövlətimizin başçısı qeyd edib.

Teqlər: