Dünya türkün gücünü görsün və yerini bilsin – Səlçuk Bayraktar

“Teknofest” müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı düstur edən
bir ruhdur.

bunu Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru
Səlçuk Bayraktar mayın 28-də “Teknofest” festivalında çıxışı zamanı
deyib.

O qeyd edib ki, bu festival yüksək texnologiyanı bütün
cəmiyyətlə birlikdə inkişaf etdirmə səfərbərliyidir.

“Dünya türkün gücünü görsün və yerini bilsin. Bundan sonra
üzərimizə düşən vəzifə türk uşaqlarının yolunu açmaq üçün
dayanmadan çalışmaqdır. Ümid edirəm ki, bu yarışlardan çıxacaq
gənclər bu ruhdan aldıqları ilhamla müstəqillik mübarizəsində ən
irəlidə olacaqlar”, -deyə o əlavə edib.

Teqlər: