“Trend” BİA və UzA beynəlxalq media məkanında mövqelərini möhkəmləndirəcək – Baş direktor müavini

“Trend” Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Özbəkistanın
Milli İnformasiya Agentliyi UzA arasında əməkdaşlıq memorandumunun
imzalanması hər iki agentliyin beynəlxalq media məkanında
mövqelərini möhkəmləndirəcək.

Trend-in məlumatına görə, bunu UzA-nın baş
direktor müavini Sobir Şukurov memorandumun imzalanma mərasimində
deyib.

Onun sözlərinə görə, bu sənədin imzalanması agentliklər arasında
əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.

“Bu gün bizim qarşılıqlı münasibətlərimizdə yeni səhifə açılır.
Memorandumun imzalanması agentliklərimiz arasında əməkdaşlığın
inkişafını nəzərdə tutur”, – S.Şukurov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: