Xaçmaz Rayon İcra Hakimiyyətində icra nümayədələrinin və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətində icra nümayədələrinin və xidmət
təşkilatlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bu il Xaçmazda
görüləcək işlər barədə məlumat verib. Bildirib ki, hazırda
Xaçmaz-Quba yolunun genişləndirilməsi və sözügedən ərazidə mövcud
olan sahibkarlıq obyektlərinin fasadının müasir üslübda yenilənməsi
işləri aparılır.

Elnur Rzayev yol kənarlarında, park və xiyabanlarda yaşıllıqlara
aqrotexniki qulluq göstərilməsini eləcədə mütəmadi olaraq təmizlik
aksiyalarının keçirilməsini tapşırıb.

İcra başçısı həmçinin vətəndaş müraciətinə həssaslıqla
yanaşılması, qarşıya çıxan çətinliklərin vaxtında aradan
qaldırılması, eyni zamanda mövcud problemlərlə bağlı aidiyyatı
təşkilatların vaxtında məlumatlandırılmasını tövsiyyə edib.

Daha sonra yerlədə mövcud olan problemlərin həlli və qarşıda
duran vəzifələrin icrası ilə əlaqədər müzakirələr aparılıb.

İclasın yekununda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
suvarmaya olan ehtiyacın ödənilməsi üçün kanallarda təmizlik
işlərinin sürətləndirilməsini, elektrik və qaz təsərrüfatlarında
yenidənqurma işlərinin davam etdirilməsini tapşırıb.

Teqlər: