Buraxılış imtahanlarında 13 şagirdin nəticəsi ləğv olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 martda keçirilən
buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 47726 nəfərdən
513 nəfər imtahana gəlməyib.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat
verilib.

Qeyd edilib ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 13
nəfərin nəticəsi ləğv olunub.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM
tərəfindən 11 aprel tarixindən etibarən onlayn (“Zoom” proqramı və
ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4-6 aprel
tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni
doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində
qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə
bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı
halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün
apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin
iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri
müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə
ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə,
kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları
pozulduqda müzakirə prosesi dayandırılır.

Teqlər: