Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun üzvləri birgə müəssisə yaradacaq

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) üzv
ölkələri, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin dəmiryol
qurumları “Middle Corridor” (Orta Dəhliz) birgə müəssisəsini
yaratmağı planlaşdırır.

Trend-in
məlumatına görə, hazırda birgə müəssisənin yaradılması üzərində
işlər gedir.

TBNM assosiasiyasının baş katibi Haydar Abdikerimov bildirib ki,
müəssisə 2023-cü ilin əvvəli və ya ortalarında qeydiyyatdan
keçirilə bilər.

Həmin müəssisə yüksək keyfiyyətli nəqliyyat və lolgistika
xidmətlərinin göstərilməsini, trans-sərhəd tariflərin
uyğunlaşdırılmasını təmin edəcək və Çindən Türkiyəyə yük daşımaları
üzrə xidmətlərin tam avtomatlaşması üçün vahid IT platforması
tətbiq edəcək.

Bu birgə müəssisə çərçivəsində Şimal-Cənub beynəlxalq dəhlizini
Xəzər dənizinin limanları ilə birləşdirmək nəzərdə tutulur.

(Tərcümə: Orxan Nəbiyev)