ƏƏSMN tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası təsdiqlənib – Fərman

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı
və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq
edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti bu Fərmanla təsdiq
edilmiş Qaydanın 2.16-cı bəndinə uyğun olaraq, mənzillərin hərrac
vasitəsilə satışı qaydasını Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin; bu Fərmandan
irəli gələn digər məsələləri həll etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki,
“Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar
əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin
yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının 1-ci
hissəsinin və 3.1-ci bəndinin icrası ilə bağlı görülmüş işlər
barədə illik hesabatı hər il yanvarın 15-dən gec olmayaraq
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; bu
Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər
görsün.

Teqlər: