İranda Novruz tətili zamanı 1100 nəfər yol qəzalarının qurbanı olub

İranda Novruz bayramı günlərində (16 mart – 4 aprel) baş verən
yol qəzalarında 1 101 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bu,
İranın Tibbi Ekspertiza Təşkilatının məlumatında əksini tapıb.

Qeyd olunan müddətdə yol qəzalarında ölənlərin 787 nəfəri kişi,
314 nəfəri qadındır.

Novruz bayramı tətilində ölkədə orta hesabla gündəlik 55 nəfər
ölüb. Halbuki ötən il bu rəqəm 49 olub.

Yol qəzalarında ən çox ölüm halı martın 25-də qeydə alınıb,
həmin gün 80 nəfər ölüb.