Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu təhlükəsizlik tələblərinə cavab verir – Qazaxıstanın baş naziri

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu tədarükün yüksək
təhlükəsizlik tələblərinə cavab verir və transkontinental tədarükə
tələbi tam şəkildə təmin etmək gücündədir.

Trend-in
məlumatına görə, bunu Qazaxıstanın baş naziri Alixan Smayilov Çində
keçirilən Boao Asiya Forumunda deyib.

A.Smayilov “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində
əməkdaşlığın yüksək səviyyəsinin dəstəklənməsinin vacibliyini
vurğulayıb.

“Qazaxıstan “İpək yolu iqtisadi kəməri”nin vacib halqası olmaqla
beynəlxalq tranzit daşımalarının fasiləsiz davam etməsi üçün
səylərini artıracaq. Bununla əlaqədar mən xarici tərəfdaşlarımızı
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna fəal şəkildə qoşulmağa
çağırıram. Bu marşrut tədarükün yüksək təhlükəsizlik tələblərinə
cavab verir və transkontinental tədarükə tələbi tam şəkildə təmin
etmək gücündədir”, – deyə nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)