Yeni alüminium zavodunun tikintisi layihəsi istiqamətində Almaniya şirkətinin icraçı direktoru ilə görüş keçirilib (FOTO)

Alüminium sənayesinin inkişafı proqramı çərçivəsində “Azərbaycan
Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə və “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov ilə Almaniyanın “Achenbach Buschhütten” şirkətinin icraçı direktoru Rolf Vilbers
arasında yeni alüminium zavodunun tikintisi layihəsi istiqamətində
daha bir görüş keçirilib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən AzerTimes-a bildirilib ki,
ən müasir texnologiyaları, nou-hauları özündə cəmləşdirən bu
layihənin icrası nəticəsində isti yayma texnologiyasından istifadə
etməklə nəqliyyat, maşın, avadanlıqlar və digər yüksək gəlirli
sahələrdə tələb olunan geniş spektorlu alüminium məhsulları
istehsal etmək mümkün olacaqdır. Layihənin texniki-iqtisadi
əsaslandırması “Deloitte&Touche” şirkəti tərəfindən hazırlanmış
və investisiya göstəriciləri müsbət olmuşdur.

Layihənin icrasına başlanılması ilə əlaqədar məsələlərin daha
ətraflı şəkildə müzakirəsi, layihənin icra mərhələlərinin
müəyyənləşdirilməsi, işlərin qrafik üzrə planlaşdırılması və digər
layihə işlərinin icrası görüşün gündəliyində duran əsas
məsələlərdəndir. Layihənin icrası yalnız alüminium sənayesinin
inkişafı, gələcək investorların cəlb olunması, alüminum klasterinin
yaranması baxımından deyil, eyni zamanda iki ölkə arasında olan
dostluq münasibətlərinin daha da genişləndirilməsinə imkan
yaradacaqdır.

Teqlər: