Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb (FOTO)

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin
(ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində toy karvanında
avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan
və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan
sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki
regional qrupundan AzerTimes-a
verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif
markalı avtomobillərlə toy karvanında dövlət qeydiyyat nişanı
olmadan, çoxavazlı səs siqnallarından və qanunla qadağan edilmiş
sayrışan işıqlardan istifadə edərək yollarda intizamsızlıq etməsi,
yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq
etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı və həmin
hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Onların
arasında Vətən Müharibəsi qazilərinin olması isə təssüf doğuran
haldır.

Həmin şəxslərin bir qisminin kimliyi müəyyən olunaraq
barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə
protokol tərtib edilib. Hazırda digər şəxslərin kimliyinin müəyyən
edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlər
davam etdirilir.

Teqlər: